Cəmiyyət

Bakı metrosunda yenə problem

27 Yanvar 2015 10:13
1 Şərh     Baxış: 1 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Bakı metrosunun "Dərnəgül"-"Həzi Aslanov" xətti istiqamətində hərəkət edən qatarda gecikmə yaranıb.

APA-nın məlumatına görə, səhər saat 08:20 radələrində metronun 23 saylı qatarının 4-cü vaqonunun qapılarında nasazlıq baş verib.
 
Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, nasazlıq metronun "Nizami" stansiyasında olub. "Yaranmış vəziyyət nəticəsində sərnişinlər həmin stansiyada düşürülüblər və qatar depoya gedib. Onun yerinə ehtiyat qatar xəttə buraxılıb", - deyə N. Paşayev qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.