Cəmiyyət

Ədliyyə orqanlarında işləmək istəyənlərin diqqətinə

26 Yanvar 2015 17:15
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 19.11.2014-cü il tarixdə keçirilmiş növbəti test imtahanından uğur qazanmış namizədlərin qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılıb və onlarla söhbət keçirilməsinə 2015-ci il fevralın 3-dən etibarən başlanılacaq.

Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək söhbətin tarixi və vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi, 114, www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və tibb xidmətlərinə (Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 16 və 18, tel: 493-30-91), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xaqani küçəsi, 14, www.expert.gov.az, tel: 498-09-71) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.