Cəmiyyət

Şok satış: 2 azərbaycanlı milyonçu qızıl don alıb

26 Yanvar 2015 12:07
3 Şərh     Baxış: 12 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu köynəkləri hazırlayanda onların sürətlə satılacağını düşünmürdüm. Amma satışlar pis deyil. Daha bir neçə don hazırlamağı düşünürəm".
 

Türkiyənin Kahramanmaraş şəhərində yaşayan zərgər Ahmet Atakanın dediyinə görə, 350 min lirəyə satışa çıxardığı qızıl dona maraq böyükdür.
 

400 min kiçik detaldan ibarət olan don 22 əyarlı qızıldan hazırlanıb və 3 kq ağırlıqdadır.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, A.Atakanın dediyinə görə, artıq 18 qızıl don satıb.
 

"Alıcılıramızın arasında Türkiyədən olanlar az deyil. Amma 2 azərbaycanlı milyonçu da donlardan alıb. Moskvaya və Qətərə də satışlarımız var. Əslində, 8 don satmaq niyyətimiz vardı. Tələbat çox olduğundan, əlavə 10 don də hazırladıq", - A.Atakan deyib.
 

Onun sözlərinə görə, hər donu 15 usta zərgər 2 həftəyə ərsəyə gətirir.
 

Müştərilər arasında donun "islama uyğun variant"ını istəyənlə yanaşı, çimərlik variantını sifariş verən də olub.
 

A.Atakan müştərilərinin ad və soyadlarını açıqlamaqdan imtina edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.