Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək, sürəti gündüz arabir 15-18 m/s-yə çatacaq. Havanın temperaturunun gecə 2-4°, gündüz 4-7° isti, Bakıda gecə 2-4°, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz olacağı, lakin axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 4-9° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 2-4°, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu oldu
- Deputata AĞIR İTKİ - FOTO
- Bakıda məşhur restoranların sahibləri cəzalandırıldı - RƏSMİ
- Bərdədə qaçırılan 23 yaşlı qız tapıldı
- Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək
- Ukraynada kişilər döyüşmək istəmir - Soskin
- Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
- Bakıdakı qəzalarda moped və motosiklet sürücüsü öldü
- “Azərreyl”in növbəti mövsümlə bağlı PLANI
- Qırğızıstan lideri Azərbaycana gəlir - Hansı sənədlər imzalanacaq?
- Masallıda 64 yaşlı qadın yıxılaraq öldü
- Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
- İkardinin bu paylaşımı müzakirələrə səbəb oldu - FOTOlar
- ABŞ getsə, dünyanın lideri kim olacaq? - Bayden
- Ermənistanda daha bir qrup etirazçı saxlanıldı - VİDEO
- “Çelsi”dən antirekord
- Bakıda yük avtomobili minik maşını ilə toqquşdu - FOTO
- Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
- Neftimiz BAHALAŞDI
- Zaxarova: NATO təlimləri təxribat xarakterlidir
- Baş nazir iclas keçirdi
- Cem Yılmaz özünü belə təbrik etdi
- İrəvanda Türkiyə və Azərbaycan bayraqlarını yandırdılar - VİDEO
- Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA