Cəmiyyət

İsraildə yaşayan alimimiz vəfat edib

25 Yanvar 2015 13:41
0 Şərh     Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsraildə yaşayıb, fəaliyyət göstərən məşhur azərbaycanlı alim və pedaqoq Bəxtiyar Mikayıl oğlu Yaqubov 74 yaşında dünyasını dəyişib. Bu barədə Modern.az saytına "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından məlumat verilib.

Bəxtiyar Yaqubov 26 iyul 1941-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda doğulub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirəndən sonra elmi fəaliyyətlə məşğul olub, eyni zamanda Azərbaycan Politexnik İnstitutunda dərs deyib.

Görkəmli alim Azad Mirzəcanzadənin rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə edən Bəxtiyar Yaqubov bir sıra elmi məqalələrin müəllifi kimi də tanınıb.

1996-cı ildə İsrailə köçən alim bu ölkədəki Texniki Kollecdə elmi və pedaqoji fəaliyyətini davam etdirib. Eyni zamanda diaspor işində aktivlik göstərən B.Yaqubov "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasında təmsil olunub.

Mərhumun özündən sonra həyat yoldaşı və 3 övladı qalıb.

Allah rəhmət eləsin!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.