Cəmiyyət

Bu şəkillərə baxın, gəlin!!! - YENİLƏNİB - FOTO

25 Yanvar 2015 18:45
10 Şərh     Baxış: 10 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
18:45

Binəqədi rayonunda yağış nəticəsində evlərini su basan sakinlərə hələ də heç bir nazirlikdən kömək edilməyib.

Anspress-in  qaynar xəttinə daxil olan şikayətə əsasən, Binəqədi rayon sakinlərinin şikayətinə hələ də cavab verən tapılmayıb.

"Nə Fövqəladə Hallar Nazirliyi, nə də ki Bakı Şəhər İcra Hakimiyyəti şikayətlərimizi dinləmir. Hamısı bir-birinin üstünə atır. Burada əsl təbii fəlakətdir, həyət, küçə su içindədir. Qapını açmaq mümkün deyil. İnsanlar çarəsiz qalıblar", - deyə şikayətçi Ramal Əhmədov bildirib.

Qeyd edək ki, dünən gecədən yağan yağış nəticəsində şəhərin Binəqədi rayonunda, təzə tikililər adlanan ərazidə, "White palace" şadlıq sarayının arxasındakı 10-a qədər evin həyətyanı sahəsini su basıb. Sakinlər bununla bağlı Fövqəladə Hallar Nazirliyinə zəng etsələr də, nazirlikdən bildirilib ki, bu, İcra Hakimiyyətinin işidir. Bundan sonra onlar İcra Hakimiyyətinə müraciət etmək istəsələr də, icra hakimiyyətindən cavab verməyiblər.

---------
15:15

Binəqədi rayonunda 10-a yaxın evi su basıb.

Anspress-in qaynar xəttinə daxil olan şikayətə əsasən, yağış nəticəsində Binəqədi rayonunda, təzə tikililər adlanan ərazidə, "White palace" şadlıq sarayının arxasındakı 10-a qədər evin həyətyanı sahəsini su basıb.

Həmin ərazidə yaşayan şikayətçi Ramal Əhmədovun sözlərinə görə, evdən çıxmaq mümkün deyil, həmin yerdəki maşınlar da xarab olub yolda qalıb.

Sakinlər bununla bağlı Fövqəladə Hallar Nazirliyinə zəng etsələr də, nazirlikdən bildirilib ki, bu, İcra Hakimiyyətinin işidir. Bundan sonra onlar İcra Hakimiyyətinə müraciət etmək istəsələr də, icra hakimiyyətindən cavab verməyiblər.

Xatırladaq ki, bu, ilk belə hadisə deyil. Belə ki, dünən gecə yağan yağış nəticəsində Xətai rayonunda da bir neçə evi su basdığı üçün sakinlər evlərindən çıxa bilmirdilər.

---------
13:03

Dünən gecədən yağan yağış Bakıda çoxlarını dərdə batırıb.
Gecə Xətai rayonunda 3 ailəni evə dolmuş suyun əlindən xilas edən Fövqəladə Hallar Nazirliyi gündüz Binəqədidən daxil olan şikayətə qulaq da asmayıb.

Oxucularımızdan birinın Milli.Az-a göndərdiyi məktubu diqqətinizə çatdırırıq: 

"Sabahınız xeyir! Sizdən bir xahişim var. Binəqədi ərazisində yağan yağış nəticəsində yaşayış sahələrini su basıb! Haraya zəng vursaq, kimsə qabağa durmur! Bəlkə, şəkil göndərsək, heç olmasa, kimisə bu maraqlandırar.

İnanmazsınız, amma nə FHN, nə su idarəsi, nə "qaynar xətt" - heç kəs heç qulaq da asmaq istəmədi".

Güman edirik, bu şəkilləri görən aidiyyatı qurumlar suyun əlində əsir qalan vətəndaşlarımıza yardım əli uzadacaqlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


--------
18:45



--------
13:03

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.