Azərbaycanın Nəqliyyat Nazirliyi sərnişinlərə xüsusi icazə olmadan xidmət göstərən taksi və avtobus sürücülərinə qarşı mübarizəni sərtləşdirmək niyyətindədir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.
Həsənov deyib: "Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə qanunsuz xidmət göstərən taksi və avtobus sürücülərinə münasibətdə reydlərə başlanır".
Şöbə müdirinin sözlərinə görə, Nəqliyyat Nazirliyi qanunla müəyyən olunmuş çərçivədə xidmət göstərilməsinə tərəfdardır. Həsənov bildirib ki, məhz bu məqsədlə taksi sürücüləri öz fəaliyyətlərini qanuniləşdirmək üçün xüsusi icazələrin alınması üçün müraciət etməlidirlər: "Reydlər habelə qanunsuz sərnişin daşıyan kiçik tutumlu avtobusların sürücülərinə qarşı da aparılır. Bütün bu hallar aşkar edilib aradan qaldırılacaq".
Onun sözlərinə görə, sərnişin avtobusu sürücülərinin işinə daim nəzarət edilir. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin xarici və daxili müşahidə kameralarından əldə etdiyi məlumatlara görə, 2014-cü ildə sürücülərin sükan arxasında telefonla danışması ilə bağlı 23 309 hal, siqaret çəkməsi ilə bağlı 12 750, avadanlığın işinə müdaxilə ilə bağlı 59 941, eləcə də qanunsuz parketmə ilə bağlı 20 333 hal qeydə alınıb.
Həsənov deyib ki, bu, paytaxtın nəqliyyat sisteminin daimi müşahidə və nəzarət altında olmasından xəbər verir. "Öz növbəsində, qanunu pozanlara qarşı sərt tədbirlər görülür. Belə ki, 2014-cü ildə 221 sürücü barəsində inzibati protokol tərtib edilib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
XƏBƏR LENTİ
- Bakıda Dünya kuboku start götürür
- “Bir dəfə anama müdiri dedi ki... - Anam ağladı” - VİDEO
- Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
- İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
- Yenicə toyu olan Xəyalə Manaflının arxiv görüntüləri yayıldı - VİDEO
- Məhkəmə Dilan Polatla bağlı qərar verdi - FOTO
- “iPhone” istifadəçilərinə pis xəbər - kiberhücum oldu
- Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
- Türkiyədə daha bir zəlzələ oldu
- Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Kömək elə səsini eşitdik...”
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Bakıda gəncdən anormal davranış: İşıqfor dirəyinə... - VİDEO
- Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var
- "Nəslimdə "TikTok" işlədən yoxdur" - VİDEO
- Sülhməramlılar da çıxarıldı - Nə bəhanə qaldı?
- “İrana raket hücumu olmayıb”
- "Bura yaxşı yer deyil, axı sən Əlikramın burada nə işi var?" - VİDEO
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - FOTO
- "Onu yuxumda görsəydim, deyərdim ki..." – VİDEO
- Əməkdar məşqçi vəfat etdi - FOTO
- FHN onu həyata qaytardı - VİDEO
- Azərbaycan nefti 3 dollar ucuzlaşdı
- Rusiyada hərbi təyyarə qəzaya uğradı - Pilotlar katapult etdi - ANBAAN VİDEO - FOTO
- “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”