Cəmiyyət

General-mayor Həzi Aslanovun ölümündən 70 il ötür

24 Yanvar 2015 16:38
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Lənkəranda iki dəfə sovet ittifaqı qəhramanı, tank qoşunları general-mayoru Həzi Aslanovun vəfatının 70 illiyinin tamam olması ilə əlaqədar anım tədbiri keçirilib. Milli.Az CTV-yə (Region TV-yə ) istinadən bildirir ki, tədbirdə müdafiə naziri, general-palkovnik Zakir Həsənovun imzaladığı tədbirlər planına əsasən təşkil olunub. Anım mərasimində qəhrəmanın ailə üzvləri, Müdafiə Nazirliyinin zabit heyəti, cəbhədə xidmət edən tankçılar, N saylı hərbi hissənin zabit və əsgər heyəti, müharibə veteranları və şəhid ailələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə qəhrəmanın adını daşıyan xatirə parkına gələrək general mayorun abidəsi önünə Müdafiə Nazirliyinin adından əklil qoyaraq xatirəsini yad ediblər.
Ardınca nazirliyin əməkdaşı Abdulla Qurbani tədbir iştirakçıları qarşısında çıxış edərək iki dəfə sovet ittifaqı qəhrəmanı Həzi Aslanovun şərəfli döyüş yolundan bəhs etdi. Sərkərdənin Böyük Vətən muharibəsi zamanı düşmənlə qeyri-bərabər döyüşdə qazandığı inamlı qələbələri, göstərdiyi şücaət bir daha xatırlandı.

Sonra isə qonaqlar genral-mayorun ev muzeyində oldular. Burada məktəblilər zabit və əsgərlər qarşısında vətənpərvərlik ruhunda şerlər söylədilər. Daha sonra muzeylə tanış olan mərasim iştirakçılarına qəhrəmana aid şəxsi əşyalar barədə məlumat verilib. Ev muzeyinin ziyarəti başa çatdıqdan sonra çıxış edən tankçılar da qəhrəmanın şərəfli yolunu davam etdirəcəklərini, Ali baş komandanın əmri ilə hər an döyüşə hazır olduqlarını vurğuladılar. Anım mərasimi Zabitlər evində genral-mayor Həzi Aslanovun döyüş yolundan bəhs edən "Sizi dünyalar qədər sevirdim" filminin nümayişi ilə başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.