Cəmiyyət

Təhsilin prioritet məqsədləri həyata keçiriləcək

22 Yanvar 2015 15:10
0 Şərh     Baxış: 3 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsas diqqət müasir tələblərə cavab verən və şəxsiyyətyönlü təhsilin infrastrukturunun yaradılmasına yönəlib

Ölkəmizdə təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görüləcək işlər müəyyənləşib. Dövlət başçısının "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncamı ölkədə təhsil sahəsində prioritet istiqamətləri müəyyənləşdirməklə bərabər çoxminli təhsil işçiləri ordusunun stimullaşdırılması, milli təhsilimizin daha da inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində mühüm məsələləri gündəmə gətirib.

12 illik və inkluziv təhsil

Fəaliyyət Planında "Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması" istiqamətində uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standartlarının və kurikulumların hazırlanması, o cümlədən məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının hazırlanması və ekspertizası həyata keçiriləcək. Məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının təsdiqi, həmçinin məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların (o cümlədən, məktəbə hazırlıq kurikulumunun) hazırlanması, məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumlara dair təlimlərin təşkili və tətbiqi, "Səriştəli valideynlər" televiziya proqramının hazırlanması və həyata keçirilməsi qeyd olunub. Sənəddə "Səriştə əsaslı ümumi təhsil standartlarının və kurikulumlarının hazırlanması" istiqamətində 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarının hazırlanması və ekspertizası və standartlarının təsdiqi mühüm yer tutur. Belə ki, 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanması, dərslik hazırlığı sahəsində yeni qaydaların təsdiqi və tətbiqinin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə dərslik hazırlığı sahəsində yeni qaydaların təsdiqi və tətbiqi yer alıb.

Şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması istiqamətində istedadlı uşaq və gənclərin inkişafı üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inkluziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi qeyd edilib. Cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas və orta ixtisas təhsili standartlarının kurikulumlarının hazırlanması ilə bağlı ilk peşə ixtisas və orta ixtisas təhsili standartlarının hazırlanması və ekspertizası, ilk peşə-ixtisas və orta ixtisas təhsili standartlarının təsdiqi, bu sahə üzrə təlimlərin təşkili və kurikulumların tətbiqi, istedadlı uşaq və gənclərin inkişafı üzrə dövlət proqramının hazırlanması nəzərdə tutulub. Sənəddə ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi yer alıb. Belə ki, ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması, ekspertizası və təsdiqi, ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin gücləndirilməsi, doktorantura səviyyəsi üçün elmi tədqiqatlar sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə yiyələnməni təmin edən müasir standartların hazırlanması və ekspertizası həyata keçiriləcək. Şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inkluziv təlim metodologiyasının yaradılması inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması sənəddə qeyd edilib. Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramı hazırlanacaq.

Müəllimlərin karyera inkişafı

"Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inkluziv təlim metodologiyası" istiqaməti üzrə sənəddə qeyd edilib ki, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartları tətbiq olunacaq.

"Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksəknüfuzlu təhsilverənin formalaşdırılması" istiqamətində təhsil verənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub. Bütün təhsil pillələri üçün innovativ təlim metodologiyasının və müvafiq resursların yaradılması məqsədilə müsabiqə mexanizminin hazırlanması və müsabiqələrin keçirilməsi, təhsilverənlərin əlavə təhsili sahəsində keyfiyyətin yüksəldilməsi və rəqabət mühitinin formalaşdırılması üçün mülkiyyət formasından asılı olmayaraq, əlavə təhsil verən müəssisələrin potensialının gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriləcək.

Ali təhsil müəssisələrində əlavə təhsil üzrə strükturların yaradılmasının təşviqi, həmçinin yeni əməkhaqqı və stimulaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi və tətbiqi qeyd edilib. Sənəddə müəllim peşəsinin nüfuzunun artırılması məqsədilə dövlət siyasətini inkişaf mərhələlərinin müəyyənləşdirilməsi əsasında səriştə və nəticə əsaslı differensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması, təsdiqi və tətbiqi məsələləri yer alıb. Həmçinin qeyd olunub ki, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistem hazırlansın və tətbiq edilsin. O cümlədən, müəllim fəaliyyətinin monitorinqi üzrə göstəricilər sisteminin hazırlanması və tətbiqi, həmçinin müəllimlər arasında sağlam rəqabətin stimullaşdırılması üçün müsabiqələrin, qrant layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi qaydalarının hazırlanması və təsdiq edilməsi, məktəbəqədər və ümumi təhsil müəssisələrinin təhsil verənlərinin inkuliziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi məsələsi də həllini tapacaq.

Boloniya prosesinin tələblərinə uyğun

"Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması" istiqamətində işlərin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi nəzərdə tutulub. Belə ki, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlı qeyd edilib ki, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində təkliflər hazırlansın. O cümlədən, bir illik icbari məktəbə hazırlıq təhsilinin təmin olunması üzrə icra mexanizminin hazırlanması və tətbiqi, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını nəzərdə tutan məktəbəqədər təhsilin inkişafı üzrə Dövlət Proqramının hazırlanması qeyd edilib. Həmçinin 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflərin hazırlanması, təhsil müəssisələrinin infrastrukturuna dair yeni norma, standart və qaydaların təsdiqi və tətbiqi həyata keçiriləcək. Eyni zamanda, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qaydalarının hazırlanması qeyd olunub. Sənəddə ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sahələr üzrə kadr hazırlığını əhatə edən dövlət sifarişinin formalaşdırılmasının yeni mexanizminin hazırlanmasını önə çəkilib. Eyni zamanda, ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizminin tətbiqi, təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması işi həyata keçiriləcək. Sənəddə yer alan maraqlı məqamlardan biri də təhsil müəssisələrində dövlət idarəetmə strukturlarının (valideyn-müəllim assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) yaradılması üzrə təkliflərin hazırlanmasıhəyata keçiriləcək. Sənəddə ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsi layihəsinin hazırlanması məsələsi yer alıb. Qeyd edilib ki, təhsil müəssisələrinin reytinq sisteminin yaradılması, məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəçilik heyətinin sertifikatlaşdırılması mexanizminin hazırlanması, təsdiqi və tətbiqi həyata keçirilsin. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması istiqamətində ali təhsil müəssisələrində qiymətləndirmə mexanizmlərinin Boloniya prosesinin tələblərinə uyğun təkmilləşdirilməsi, ümumi təhsildə şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin, o cümlədən məktəbdaxili qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi aparılacaq. Həmçinin şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda iştirakının təmin olunması və nəticələr əsasında inkişaf layihələrinin hazırlanması nəzərdə tutulub.

"Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması" istiqaməti üzrə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təmin olunması əsas götürülüb. Təhsil müəssisələri şəbəkəsinin rassionlaşdırılması; həmçinin Distant təhsil, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması; müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərin yaradıması; məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması mexanizminin hazırlanması həyata keçiriləcək. Həmçinin ali təhsil müəssisələri üçün kampusların yaradılması üçün dövlət proqramının layihəsi hazırlanacaq. Sənəddə həmçinin ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi; təhsillə bağlı media internet resurslarının inkişafının təmin edilməsi qeyd edilib.

İllik əmək haqqının artımı

"Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılması" istiqamətində təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi-daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması qeyd edilib. Müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması, o cümlədən büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması, təhsil sistemində elmi tədqiqatların yeni maliyyələşmə mexanizminin tətbiqi, müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexnizminin həyata keçirilməsi, müəllim əməyinin layiqincə dəyərləndirilməsi əsas məsələlərdəndir. Onların illik əmək haqqının adambaşına düşən ümumi-daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulub. Həmçinin tam orta təhsildə 1 şagirdə düşən illik xərclərin adambaşına düşən ÜDM-ə nisbətinin mərhələlərlə 2 dəfədək artırılması qeyd olunub. Təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin yaradılması, məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz olaraq müvafiq xidmətlərin göstərilməsi, dərs və təlim vəsaitlərinin verilməsi nəzərdə tutulub. Aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədilə maddi dəstək sisteminin yaradılması qeyd edilib.

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə 2016-cı ildən başlayaraq, mütəmadi ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmini tətbiq etməlidir. 2018-2020-ci illər ərzində təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılmasını təmin etməlidir.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.