Cəmiyyət

Maaşlar nə vaxtdan qalxır?

19 Yanvar 2015 11:23
4 Şərh     Baxış: 6 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sərəncamdan irəli gələn məsələləri həll etmək müəyyən vaxt aparacaq"

Prezident müəllimlərin maaşlarının artırılması haqqında sərəncam versə də, müəllimlər arasında bu artımın nə vaxtdan hiss ediləcəyi haqqında bəzi anlaşılmazlıqlar yaranıb.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov anspress-ə açıqlamasında bildirib ki, müəllimlərin maaşları yanvar ayından etibarən prezidentin sərəncamına müvafiq olaraq - artırılmış formada hesablanacaq və veriləcək.

Onun sözlərinə görə, prezidentin sərəncamından irəli gələn məsələləri həll etmək müəyyən vaxt aparacaq. "Amma bunların maaşların hesablanmasına heç bir aidiyyatı yoxdur".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.