Cəmiyyət

Mərdəkandakı internat məktəbi niyə bağlanıb?

17 Yanvar 2015 18:25
0 Şərh     Baxış: 1 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təhsil Nazirliyi Mərdəkan qəsəbəsindəki 2 nömrəli internat məktəbin təmirə bağlanması və buradakı uşaqların köçürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbi 1985-ci ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrdən bu günədək internat məktəbi əsaslı təmir olunmayıb, 2004-cü ildə yalnız cari təmir işləri aparılıb.
 
2015-ci ilin yanvarında internat məktəbində Təhsil Nazirliyinin sifarişi əsasında təmir işlərinin aparılması nəzərdə tutulub. Bütün korpusların əsaslı təmiri, kommunikasiya və infrastrukturun yenilənməsi, ərazinin abadlaşması, idman meydançalarının yenidən qurulması ilə bağlı işlərin 2015-ci ilin noyabr ayına kimi başa çatdırılması planlaşdırılır.
 
Nazirlik qeyd edib ki, təhsil nazirinin əmrinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbi müvəqqəti olaraq 162 nəfər şagird kontingenti, 76 nəfər işçi heyəti, həmçinin daşınar əmlakı ilə birlikdə  ləğv olunmuş Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin istifadəsiz qalmış binasına köçürüləcək. Şagirdlərin  yaşaması və tədris alması üçün normal şəraitin yaradılması məqsədilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin binasında nazirlik tərəfindən zəruri cari təmir işləri aparılıb. Köçürülmə yaxın günlərdə tədris  prosesinə mane olmamaq şərti ilə mərhələli şəkildə həyata keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.