Cəmiyyət

Azərbaycanda orta məktəblərdə yenilik

14 Yanvar 2015 13:56
1 Şərh     Baxış: 3 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri Təhsil Nazirliyi tərəfindən ayrılmiş iki liseydə 6-dan yuxarı siniflərdə oxuyan şagirdlərə dərs deyəcəklər. Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Akademiya prezidenti bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi ilə razılıq əldə edilib.

Onun sözlərinə görə, TN tərəfindən ayrılmış liseylər gənc alimin hazırlanması üçün tələb olunan elm zəncirinin qırılmamasına imkan verir: "Әgər magistraturaya, doktoranturaya qəbul aparırıqsa, onda bu zəncirdə lisey-gimnaziya mərhələsi nəzarətsiz qalırdı. Bu baxımdan Təhsil Nazirliyi ilə danışılıb. Artıq razılaşmaya əsasən, Təhsil Nazirliyi tərəfindən AMEA-ya 2 lisey ayrılıb. Akademiyanın alimləri 6-cı sinifdən yuxarı siniflərdə müxtəlif istiqamətli təhsil keçəcəklər. Alimlər ora gedib liseydə hansı formada iştirak edə biləcəklərini müəyyənləşdirməlidirlər. Bununla bağlı hazırda danışıqlar aparılır".

A.Әlizadə deyib ki, hələlik akademiyanın universiteti yoxdur. Buna görə də həmin şagirdlər bakalavr pilləsində oxuduqdan sonra AMEA- da magistrtura, doktoratura pilləsində oxuya biləcəklər.

AMEA prezidenti deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə qəbul əvvəlki illərlə müqayisədə kəskin surətdə azaldılıb: "Çünki az olsun keyfiyyətli olsun. Bu il 100-120 nəfər qəbul edilib. Plan əsasən yerinə yetirilib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.