Cəmiyyət

Bakıda yollar buz bağladı - YENİLƏNİB - VİDEO - FOTO

9 Yanvar 2015 10:23
0 Şərh     Baxış: 2 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:23

Hazırda Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətində, demək olar ki, heç bir problem yoxdur. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, dünən gecədən səhər saatlarına qədər Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkətini tam təmin etmək üçün ASC-nin xidmət etdiyi bütün ərazilərə qum-duz qarışığı səpilib.

P.Mürsəliyev əlavə edib ki, dünən gecə saatlarında bəzi naşı sürücülər Bakı-Sumqayıt yolunda tıxaclar yaratdığına görə ASC-nin texnikaları işləyə bilməyib: "Lakin gecə saat 3-dən sonra texnikalarımız intensiv surətdə həmin ərazidə işlədilər və nəqliyyat vasitələrinin normal hərəkəti tam təmin olundu".

Onun sözlərinə görə, istər Bakı Dairəvi yolunda, istərsə də Bakı-Sumqayıt yolunda bəzi sürücülər avtomobillərini idarə edə bilmədikləri üçün maşınları yolun hərəkət edən hissəsində qoyaraq gedib, bu da Bakı-Sumqayıt yolunda tıxaclar yaradıb: "Buna baxmayaraq, nəqliyyatın intensiviliyi azalan kimi biz həmin ərazilərdə təmizlik işləri apardıq".

----------
10:05

Paytaxtın əsas yolları buz bağlayıb, nəqliyyat vasitələri yolda qalıb.

Ölkədə müşahidə olunan kəskin soyuq hava şəraiti artıq paytaxtda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Anspress-in məlumatına görə, əsas magistrallardan sayılan Bakı-Sumqayıt və Bakı Dairəvi yolunda hərəkət, demək olar ki, iflic olub. Çovğun səbəbi ilə Bakı dairəvi yolunun bəzi hissələrində asfalt örtük buz bağlayıb.

Güclü qarla bağlı Dairəvi yoldan Biləcəri və Badamdar qəsəbəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri yolda qalıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısından da Badamdar şossesinə doğru yol hərəkətsizdir. Yoxuşu qalxmaqda çətinliklə üzləşən bəzi nəqliyyat vasitələrinə isə yoldan keçən insanlar kömək ediblər.

"Azəryolservis" ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, artıq gecə saatlarından şəhərin əksər küçələrində yolun təmizlənməsinə başlanılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

----------
10:23


---------
10:05



Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.