Cəmiyyət

İsmayıllı-Bakı magistralında 10-dan çox avtomobil yolda qalıb - FOTO

8 Yanvar 2015 10:38
0 Şərh     Baxış: 3 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıya yağan qar magistral yolda nəqliyyatın hərəkətində problemlər yaradıb

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, İsmayıllı-Bakı magistral yolunun Zərgəran kəndi ərazisində yol səthini qar örtüb. Nəticədə 10-dan çox maşın yolda qalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev isə APA-ya bildirib ki, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb.

K.Əliyev Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: "Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə alaraq o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.