Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, arabir 18-20 m/s-yə çatacaq. Temperatur gecə 3-5° isti, gündüz 12-14° isti olacaq. Axşam havanın kəskin dəyişiləcəyi, şimal-qərb küləyinin gecəyə doğru 28-33 m/s-dək güclənəcəyi, temperaturun 1-3° isti təşkil edəcəyi gözlənilir. Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək.
Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 6°-dək şaxta, gündüz 10-15° isti, axşam 5-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti, axşam 5-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər duman, çiskin olacaq. Günün ikinci yarısından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-3° isti, gündüz 10-15° isti, axşam 5-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyinin əsəcəyi, arabir 25-28 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə 30 m/s-yə çatacağı gözlənilir. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 8-13° isti, axşam 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşam saatlarından başlayaraq bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
XƏBƏR LENTİ
- COP29 prezidenti Devid Terklə müzakirə apardı
- Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı
- Dünyada ən bahalı çay növləri: 4 milyon dollar...
- Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı
- Belqorodda daha üç Ukrayna PUA-sı məhv edildi
- Rusiyalı hərbi müxbir Ukraynada öldü
- Sosial medianın uşaqlar üzərindən qazancı dodaq UÇUQLADIR – Milyardlarla...
- “İnsan yediyi qaba tüpürməz”
- “TikTok”un populyarlaşdırdığı yuxu taktikası - Nə dərəcədə effektivdir?
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...