Cəmiyyət

Magistraturaya qəbul imtahanı ilə bağlı dəyişiklik

6 Yanvar 2015 12:10
0 Şərh     Baxış: 2 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının tarixi dəyişdiriləcək".

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Әliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsi martın əvvəlində keçirilmişdi. Bu il isə həmin imtahanın fevralın sonunda keçirilməsi nəzərdə tutulur. Ötən il qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan mayın sonunda baş tutmuşdu. Bu il isə həmin imtahanların aprelin sonu, mayın əvvəlində keçirilməsi planlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.