Cəmiyyət

Beynəlxalq olimpiadada iştirak etmək istəyən şagirdlərin nəzərinə

30 Dekabr 2014 12:46
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasının Bakı şəhəri üzrə seçim turu gələn il yanvarın 18-də keçiriləcək.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verır ki, təhsil nazirinin müavini Ceyhun Bayramov olimpiadanın keçirilməsi ilə bağlı yeni əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin direktorları "Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları"ndan dan irəli gələn zəruri tədbirləri həyata keçirməlidirlər.

Əmrlə Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsinın birinci seçim turunun yüksək səviyyədə təşkili və keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi də yaradılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.