Cəmiyyət

İlin son bazar ertəsinin havası

29 Dekabr 2014 00:05
10 Şərh     Baxış: 3 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dekabrın 29-da ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Dekabrın 29-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 2-5°, gündüz 7-11° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sutununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir .

Qərb küləyi əsəcək, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal olunur.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 10-15° isti olacağı ehtimal olunur.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında dağlarda duman, çiskin olacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 9-14° isti, dağlarda gecə 3-5° isti, gündüz 5-9° isti olacağı ehtimal olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.