Cəmiyyət

Hərbidən möhlət gözləyənlərə şad xəbər!

25 Dekabr 2014 13:14
0 Şərh     Baxış: 2 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi təklif edilir
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin və digər komitələrin birgə iclasında müzakirəyə çıxarılan yeni "Elm haqqında" qanun layihəsində əksini tapıb.

Bundan əvvəl Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı Trend-ə bildirib ki, yeni hazırlanan "Elm haqqında" qanun layihəsində elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun təmin edilməsini dövlət öz üzərinə götürür. Möhlət hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir.

M.Qasımlı deyib ki, möhlət hüququnun olması hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin şəxslər Vətən qarşısında öz borclarını verməlidirlər: "Əgər tələbə magistraturada oxuyursa, ona təhsil aldığı iki il üçün möhlət hüququ verilir. Magistraturanı bitirən kimi, o, həqiqi hərbi xidmətə çağırılır".

Qeyd edək ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.