Cəmiyyət

"Sədərək" bağlandı - SƏBƏB

21 Dekabr 2014 22:14
8 Şərh     Baxış: 26 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün "Sədərək" ticarət mərkəzində fövqəladə vəziyyət yaranıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yarmarkanın girişində olan şlaqbaumlar işləməyib və əraziyə giriş saatlarla məhdudlaşıb. Məlumatda bildirilir ki, şlaqbaumların işləməməsi həm də tıxaca səbəb olub. Nəticədə alış-verişə avtomobili ilə gələn vətəndaşlar geri qayıtmalı olublar.

Sürücülərin sözlərinə görə, şlaqbaumlarda nasazlıq yarandığı üçün giriş haqqı ödənilən qurğular da fəaliyyətini dayandırıb. Mühafizəçilər sürücülərdən pul almaq mümkün olmayacağını bildiyinə görə giriş qapılarını bağlayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.