Cəmiyyət

Azərbaycanlı məşhurun 9 yaşlı qızı səhnəyə tək çıxdı - FOTO

21 Dekabr 2014 19:47
3 Şərh     Baxış: 10 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telli Hüseynova: "Fatiməm üzümü ağ elədi"

Tanınmış aktrisa və teleaparıcı Telli Hüseynovanın qızı Fatimə təkbaşına səhnəyə çıxıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, 9 yaşlı balaca qız anasının çalışdığı Musiqili Teatrıın səhnəsində görkəmli aktrisa Barat Şəkinskayanın uşaqlıq obrazını yaradıb.

Fatimə Hüseynova Barat Şəkinskayanın 100 illik yubileyində təcrübəli aktyor və aktrisalarla birlikdə iştirak edib.

Telli Hüseynova qızının çıxışını yüksək dəyərləndirir: "Cənnət Səlimova qızıma Barat Şəkinskayanın uşaqlığını oynamağı həvalə etdi. 9 yaşli Fatiməm üzümü ağ elədi. Musiqili Teatrda Barat Şəkinskayanın yubileyində təkbətək tamaşaçı ilə üz-üzə qaldı. Çox bəyənildi. Mükafatı alqışlar idi. Ən böyük mükafat isə xalq artisti, görkəmli rejissorumuz Cənnət Səlimovanın Fatiməyə və mənə təşəkkürü oldu".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.