Cəmiyyət

Ətrafımızdakı sadistləri tanımağın yolları

21 Dekabr 2014 19:40
0 Şərh     Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sadizmə meylin yaranma şərtləri və onlar kimlərdir?
Sadzmə meyilli insanlar üçün tam hakimiyyət arzusu ən vacib şərtdir. Kiməsə fiziki və mənəvi ağrı verməklə nəyi isə əldə etmək sadizmin əlamətlərindəndir. Digər insanı bütünlüklə köməksiz, asılı vəziyyətə salaraq, onu öz əşyasına çevirməklə mütləq qüdrət sahibi olmaq sadistin daimi arzudur. Bunun ücun o,daimi təhqir və mütilik səviyyəsinə çatdırma üsulundan istifadə edilir.

Anspress Psixologiya və konsultasiya mərkəzinin həkim-psixiatrı Denis Rzayevin sadizmlə bağlı məqaləsindən bir parça təqdim edir:

Mütləq hakimiyyətə çatmağın 3 yolu mövcuddur:
1. Digər insanları özündən aslı vəziyyətə gətirməklə tam, sərhədsiz hakimmiyyətə sahib olmaq.Bunun üçün qarşısındakı şəxsə "Səni mən yaratmışam","Sən mənim istədiyim kimi olacaqsan","Sən mənim əməyimin və istedadımın nəticəsisən" , "Mənsiz sən heçsən" fikirlərini təlqin edir;
2. Nəinki digərləri üzərində tam hakimiyyətə malik olmaq, hətta onları eksplotasiya edərək istifadə etmək.Bu istəklər digər şəxsi maddi , bəzən mənəvi cəhətdən istifadəyə yönəlir;
3.Digər şəxslərə ağrı , əzab verərək onların necə əzab çəkmələrindən həzz almaq. Bu halda əzab fiziki və ya qəlb yarası ola bilər.Göstərilən hər üç halda özünü müdafiə etməy iqtidarında olmayan şəxsə əzab və əziyyət verməklə mütləq hakimiyyətə can atmaq sadizmin birbaşa göstəricisidir. Karen Xorni bəzi sadistik tipləri təqdim edir və onun köməyi ilə qarşımızdakı şəxsdə belə cəhətlərin olub olmadığını təyin etmək olar.

Aşağıda mən onlarin qısa məzmunu sizin diqqətinizə çatdırıram
1. Qurbanın "tərbiyələndirilməsi"
2. Öz qurbanının hisləri ilə oyun
3. Qurbandan sui-istifadə
4. Qurbanın xəyal qırıqlığına uğradılması
5. Qurbana hədə qorxu gəlmək və şəxsiyyətinin alçaldılması
6. İntiqam hissi

Sadizmə meylin yaranma şərtləri:
1. Erkən uşaq vaxtı yaranan emosional tənhalıq hissi.Nə səbəblə olmasından aslı olmayaraq valdeyinlər uşaqlara emosionla yaxınlıq göstərə bilmədikdə belə nəticə meydana gələ bilər. Bu İş gərginliyi, xəstəlik uzaqda yaşama halları olsa belə uşaq tərəfindən bağişlanmır.
2. Emosional və ya fiziki təhqir, cəza və ələsalma.Yeri gəlmişkən cəza çox kəskin olarsa və uşağın etdiyi hərəkətin müqabilində ağır olan zaman .Bəzən valdeyinlər uşağdan hecnədən, sadəcə hirs tökmək üçün obyekt kimi istifadə edirlər.Bu zaman cəza fiziki formada və ya qəddar təhqir formada olmasından aslı olmayaraq dərin qəlb yarası vura bilər.
3. Valdeyinlərdən birinin psixi pozuntusunun olması uşağa həm emosional tənhalıq və qəddar rəftarla nəticələnə bilir.Alkoqoldan və narkotikadan istifadə edən valdeyinlərin uşağla davranışı bəzən aqresiya formasında ola bilər.Bu da uşağın psixi sağlamlığına ağır zərbə vurur.
4. Valdeyinlərin psixi cəhətdən ziddiyətli rəftarı.Məsələn eyni həkətə görə bir dəfə cəza alması, ikinci dəfə mülayim rəftar, üçüncü dəfə isə tam laqeyid davranış.
5. Valdeyinlərin" Sən hec kimsən.Mən istədiyim vaxt sənlə maraqlanıram, isməsəm fikir vermirəm","Sən mənim tabeliyimdəsən və mən istədiyim sənlə edə bilərm"," Səni dünyaya mən gətirmişəm, və həyatın məndən aslıdır", " Sənin işin başa düşmək yox, mənə itaət etməkdir"," Hər şeyin günahkarı sənsən" fikirləri.
6. Uşağın gördüyü rəftardan gəldiyi "Mən o qədər pisəm ki, sevilməyə layiq deyiləm", Mən o qədər pisəm ki, elədiyim hər şeyə görə cəzaya layiqəm", "Mən öz həyqatımı idarə edə bilmərəm ,Həyat çox qorxulu və dəhşətlidir"

Yuxarıda sayılan və digər göstərilməyən həyat təcrübəsi nəticəsində sadistdə aşağıda təqdim olnan insan portreti yaranır:
"Mənə ancaq cəza vermək istədikdə diqqət edirlər. Mənə diqqət etmələrinin yeganə yolu cəzaya layiqli hərəkətlər etməkdir"
"Məni əhatə edən insanlar təhlükə mənbəyidir"
"İnsanlar məhəbbətə və hörmətə layiq deyillər"
"Məni cəzalandırırlar və məndə cəzalandıra bilərəm"
"Təhqir, alçaldma üçün hər hansı səbəbin olması vacib deyil"
"Yaşamaq üçün mübarizə aparmalıyam"
"Yaşamaq üçün digərlərinin fikrini, hərəkətlərini, hislərini kontrolda saxlamaq lazımdır"
"Yaşamaq üçün digərlərini səndən qorxmağa məcbur etmək lazımdı"
"Digərlərindən gələ biləcək ağrıdan, aqressiyandan qorunmaq üçün onları qabaqlamaq lazımdı ki, onlar məndən qorxsunlar"
" Digərlərini özümə tabe etməliyəm ki, onlar mənə ağrı verə bilməsinlər"
"Zorakılıq yaşaya bilmək üçün yeganə yoldur"
" Mən insanları ancaq dərd çəkdikləri zaman anlayıram, əgər mən onları daima başa düşmək istəyirəmsə onda daima dərd çəkmələrinə səbəb olmalıyam"
" Başqalarının həyatı çox dəyərsizdir"

Əlbətdə belə nəticəyə şüuraltı səviyyədə əmələ gəlir, bununla belə hazır proqram kimi insan həyatina təsir etməyə başlayır. Nəticədə:
Səbəb və nəticə barəsində təsvirin pozulması
Yüksək həyacan
Ətrafdakılara qarşı neqativ münasibət
Oz hərəkətlərinin idarə edə bilməmək
Emosional qeyrisabitlik
Qəti prinsiplərin olmaması
Dominantlıq hissi və total formada kontrola can atma
Şüurlu özünə böyük dəyərin verilməsi,əslində şüuraltı formda özünə qarşı çöx neqativ münasibət.
İncikliyə meyillik
Qisasa meyil
İşgəncəyə meyil və aqresivlik
Başqalarını nəyəsə məcbur etməkdən həzz hissi
Yaxınlarına əzab vermə yolu ilə onlara öz dəyərini bildirməyə can atma
Başqa şəxsləri ancaq özü görmək istədiyi formada formalaşdırmaya can atma
Özünü təsdiq üçün Alkaqol, narkotik, qumar oynuna və çinsi əlaqayə hətdan artıq meyil
Kimdənsə aslı münasibətlərə meyil
Həyata qarşı laqeyid münasibət.
Ucuruma aparan həyat tərzi.

Qeyd etmək yerinə düşər ki, şüuraltı olsa da hər bir insanda işgəncəyə meyil var.Bunda qorxulu hecne yoxdu.İş burasındadıkı , normal şəxslərdə hər hansı ekstrimal hal baş verməsə bu hiss baş qaldırmır.Məsələn müaribə iştirakçısı olan insanları misal çəkmək yerinə düşər.

Bəzən sadist tipli insanlara qurbanların tamailə öz istəkləri ilə ondan aslı olması kifayət etmir. Belə qurban onun üçün heç bir maraq kəsb etmir. Onuncün aslılıqdan çox, müstəqilliyin tədricən qurbanın əlindən alması daha vacıbdir. Çünki ancaq bu proses zamanı o öz hakimiyətinin bərqərar olmasından, digər şəxsin onun təsir gücünüə düşməsindən ləzzət alır. Ancaq müstəqillik üçün çırpınan qurbanın qəlb ağrısı sadistə qazandığı müvəffəqiyyətdən feyziyab olmağa imkan yaradır. Bu ona enerji verir. Belə hissi ancaq çinsi əlaqə zamanı alına biləcək hisslə müqayisə oluna bilər. Çünki ən zəif iradəli insan belə öz azadlığı üçün az da olsa mübarizə aparmağa cəhd edir. Beləliklə onun bu azadlıq çırpıntısı sadist üçün həzz anlarının pik nöqtəsidir. Bir qurban üzərində tam qalibiyyət onu yeni qurbanların axtarışına ruhlandırır. Bəzən sadist özü qurbana yaxından bağlana bilər. Bu çox vaxt sadistin özü istəmədən alınır. Məsələn, sadist xarakterli ər arvadına işgəncə verərək istədiyi vaxt onu tərk edə biləcəyi ilə hədləyir. Lakin qadın həqiqətən onu tərk etmək fikrinə düşərsə, onda sadist ər müxtəlif üsullarla, hətta ona yalvarmaqla da olsa onun gedişinin qarşısını alır. Lakin elə ki qurban onu tərk etməkdən imtina edir, oyun yenidən başlayır. Bu proses sonsuz formada davam edə bilər. Bəzən sadist öz qurbanını əldə saxlamq üçün müxtəlif üsullardan: hədiyələrdən, sevgi etirafından, tərifdən istifadə edir və hər cür qayğı göstərməyə hazır olduğunu bildirir. Əlbətdə ki, o qurbanı əldə saxlamaq üçün hər nə desən ona verməyə hazırdır, bircə onun müstəqilliyindən başqa.

Bəzən belə münasibət valdeyin-övlad arasındada baş verə bilər. Burada hakimiyyət forması qayğı, valdeyinlərin öz uşağlarını pis şeylərdən qorumaq formasında baş verir. Uşağ müstəqillikdən başqa müxtəlif baş aldadıcı şeylərlə əhatələnir. Nəticə etibari ilə belə ailədə böyümüş uşaq həmişə qayğı və məhəbbətdən qorxur. Çünki məhəbbət onun üçün qul olma prosesini xatırladır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.