Cəmiyyət

Yeni il ərəfəsində növbəti əfv gözlənilir

20 Dekabr 2014 15:19
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycanda növbəti əfv sərəncamının imzalanması gözlənilir
Bu barədə Trend-ə Əfv Məsələləri Komissiyasındakı mənbə bildirib.

Mənbənin məlumatına görə, artıq komissiya siyahını yekunlaşdırmaq üzrədir.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Sahib Məmmədov isə Trend-ə bildirib ki, işçi qrupunun üzvləri növbəti əfv sərəncamı ilə bağlı tövsiyələrini Əfv Məsələləri Komissiyasına təqdim ediblər: "Ümid edirik ki, təkliflərimiz əfv sərəncamında nəzərə alınacaq".

S.Məmmədov işçi qrupunun təqdim etdiyi siyahıda kimlərin adı olduğunu açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sonuncu sərəncamı bu il oktyabrın 17-də imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da olub.

Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.