Cəmiyyət

Azərbaycanda da dolların qiyməti qalxdı

20 Dekabr 2014 15:13
0 Şərh     Baxış: 7 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda dolların manata nisbətdə məzənnəsi qalxıb
Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Sumqayıt və Xırdalan şəhərlərindəki əksər valyutadəyişmə məntəqələrində bir dollar 0.79 və 0.792 qəpiyə dəyişdirilir. Bakıda isə bir dollar 0.79 qəpiyə yaxın olub.

Bir dolların qiyməti isə bir neçə gün əvvəl 0.784 qəpik olub.

Məlumata görə, bəzi valyutadəyişmə məntəqələrində, ümumiyyətlə dollar satılmır.
Qeyd edək ki, neftin bir barelinin aşağı düşməsi rus rublunun, türk lirəsinin, Norveç kronunun və digər valyutaların dollara və avroya nisbətdə dəyərdən düşməsinə gətirib çıxarıb.

Azərbaycanda isə belə hal olmamışdı. İndi valyutadəyişmə məntəqələrində dolların qalxması neftin qiymətinin Azərbaycana da təsir etməsindən xəbər verir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.