Cəmiyyət

Kamran Əliyev polisə əl qaldıranlardan danışdı

20 Dekabr 2014 14:46
1 Şərh     Baxış: 1 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son aylar DYP əməkdaşlarına qarşı zorakılığın sərgilənməsi ilə bağlı halların sayı artmaqdadır
Bütövlükdə Azərbaycan üçün xarakterik olmayan bu olayların bir neçə dəfə təkrarlanması maraqlı suallar doğurmaqdadır.

Bu cür halların meydana gəlməsi, polisə qarşı aqressiyanın artması nə ilə bağlıdır? Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı hansısa araşdırma aparıbmı?

Bununla bağlı moderator.az-ın sualını cavablandıran BDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev polisə qarşı münasibətdə zorakılıq sərgiləyən şəxslərlə bağlı maraqlı fikirlər səsləndirib:
"Bu cür hallar daha çox noyabr ayında müşahidə edildi. Həmin ay 3-4 bu cür olay yaşandı ki, bu bir təsadüf kimi də dəyərləndirilə bilər.

Həmin olayların hər biri ayrı-ayrılıqda araşdırılıb və bu barədə ictimaiyyətə lazımi məlumat verilib. Bütövlükdə isə aparılan araşdırmalar göstərir ki, polisə qarşı aqressiv davranış sərgiləyənlərin bəzisi keçmiş məhbuslardır. Bundan başqa, bu insanların çoxu narkorik və ya spirtli içkilərin təsiri altında olub. Hesab edirəm ki, baş verən  xoşagəlməz hallar bununla izah oluna bilər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.