Cəmiyyət

"Zibili presləyib Bakıya satırıq" - FOTO

19 Dekabr 2014 17:02
0 Şərh     Baxış: 4 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ucar rayonunda həll edilməsi lazım olan, lakin illərdir aradan qaldırılmayan zibilliklərin təmizlənməməsi az qala zibil poliqonu yaradıb.

Rayon sakinlərinin Milli.Az-a verdiyi məlumata görə, Ucar rayon Kommunal Müəssisələr Kombinatı bu problemi aradan qaldırmaq üçün heç bir iş görmür. İdarənin inzibati binasının həyətində olan zibilliyi belə aradan qaldırmayan, öz zibilini təmizləməyən idarənin nə işlə məşğul olması və fəaliyyətinin nədən ibarət olması, görünür ki, idarə rəhbəri İslaməli İsmayılovun yadından çıxıb: "İş o yerə çatıb ki zibilliklər şəhər mərkəzində və hətta İslaməli İsmayılovun rəhbərlik etdiyi idarənin həyətində yaranıb. Bu zibilləri təmizləmək əvəzinə şəhərin mərkəzində zibil tullantılarının presləyib satmaqla məşğuldur. İnzibati binanın həyətində bu məqsədlə texniki qurğu da qurulub. Bu zibilliklərin təmizlənməməsi və rayonun zibil paliqonuna çevrilməsi kimlərinsə gəlir yerinə çevrilib. Ətrafa üfunət və xəstəliklər yayan İslaməli İsmayılov zibildən pul qazanmaqla məşğul olur".

İslaməli İsmayılovMilli.Az-a bildirdi ki, kartonlar, salafanlar, kauçuk toplanaraq kipləşdirilir və Bakıya satılır. Bunun üçün xüsusi aparat da gətirilərək idarənin həyətində quraşdırılıb.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.