Cəmiyyət

Dinşünaslıq üzrə Komissiyanın Əsasnaməsi və üzvləri təsdiq edildi

19 Dekabr 2014 16:17
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı növbəti iclas keçirilib.
 

Trend-in Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, DQİDK-nin sədri Mübariz Qurbanlı qurumun fəaliyyətinin vacibliyindən danışaraq bildirib ki, Əsasnaməsinə görə Komissiya milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanması istiqamətində önəmli işlər görə bilər.

Eyni zamanda, Komissiya üzvlərinin Komitə əməkdaşları, mütəxəssis və dini icmalarla bərabər regionlarda dini maarifləndirmə yönündə tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Dini radikalizmə qarşı mübarizədə əsas hədəflərdən biri maarifləndirmə işinin aparılmasıdır ki, bunu da Komissiya və digər aidiyyəti qurumlar birgə həyata keçirəcəklər.

Komissiyanın iclasında bildirilib ki, qeyd olunan məsələlərlə bağlı layihələrə Dövlət Komitəsi hərtərəfli dəstək verəcək. Həmçinin Komissiya üzvləri Dövlət Komitəsinin yerli və beynəlxalq səviyyədə təşkil etdiyi bütün konfranslarda fəal iştirak edəcəklər.

Komissiya üzvləri qurumun yaradılmasının və fəaliyyətinin əhəmiyyətindən danışaraq bildiriblər ki, onlar ölkədə dini maarifləndirmə işinin aparılması, milli-mənəvi və dini dəyərlərimizin təbliği prosesinə öz töhfələrini verməyə hazırdırlar.

İclasda Komissiyanın Əsasnaməsi müzakirə olunub. Təkliflər nəzərə alınmaqla Dövlət Komitəsinin sədri Komissiyanın Əsasnaməsini və üzvlərini təsdiq edib. Həmçinin Komissiyanın katibi təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.