Cəmiyyət

Təhsil Nazirliyinin tam orta məktəblərindən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək

19 Dekabr 2014 15:34
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təhsil Nazirliyinin tabeçiliyində olan tam orta məktəblərdən birinin AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərara alınıb". Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayının açılışında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, araşdırmalar göstərir ki, təhsilalanlara verilən nəzəri biliklərin yarıdan çoxu onların praktik fəaliyyətlərində istifadə olunmur. Məhz bu səbəbdən maksimum bilikdən optimal biliyə keçid sistemi tətbiq olunmalıdır.
 

M.Cabbarov deyib ki, bugünkü dünya rəqabət dünyasıdır: "Bizim uşaqlarımızın rəqibləri hazırda dünyanın müxtəlif ölkələrində böyüyürlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.