Cəmiyyət

Lütfi Zadə: "Azərbaycanın gələcəyi ilə bağlı optimistəm"

19 Dekabr 2014 14:36
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır". Trend xəbər verir ki, bunu ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Azərbaycan Alimlərinin I Qurultayının iştirakçılarına videomüraciətində deyib.
 

Onun fikrincə, əsas məsələ rəqabət qabiliyyətliliyin artırılmasıdır: "Azərbaycanın gələcəyi ilə bağlı optimistəm. Azərbaycan və Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar".
 

Dünya şöhrətli alim qeyd edib ki, regionda qeyri-sabitlik Azərbaycana təsir etməyib: "Azərbaycanın uzaqgörən rəhbərliyi, neft-qaz kimi ehtiyatı var. Bu sərvətlər Azərbaycanın çoxlu təşəbbüs irəli sürməsinə imkan verir. Kosmosa çıxış, "Eurovision" və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.