Cəmiyyət

Azərbaycanda qısqanclıq 30 qadın, 3 uşağı öldürdü

19 Dekabr 2014 12:30
1 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məişət zorakılığının qarşısının alınmasının yolu Ailə Psixoloq İnstitutunun yaranmasıdır
Ailə həyatı öz spesifikliyi ilə fərqlənir. Belə ki, hüquqi baxımdan ağır tənzimlənən ailə- məişət zorakılığı fenomenini anlamaq çox çətindir. Bu gün Azərbaycanda məişət zəminində baş verən zorakılıq hallarının hələ də mövcud olması ən aktual problemdir. Bu cür hadisələrin nəticələri, ilk növbədə, uşaqlara təsir edir. Bu hal daha çox müvəffəqiyyətsiz ailələrdə yaranır. Tək keçən ildə qısqancılıq səbəbindən törədilmiş cinayətlər nəticəsində 30 qadın, 3 azyaşlı və 3 yeniyetmə uşaq dünyasını dəyişib.

KİV-lərdə vaxtaşırı məişət zəminində baş vermiş dəhşətli cinayətlərdən danışılır. Yalnız bir ay ərzində bir neçə ağlasığmayan cinayət xəbəri gəlib. Nənə altı aylıq nəvəsini və gəlinini boğaraq öldürüb, ər küçədə həyat yoldaşının üzünü kəsib və s..

Qeyd etməliyik ki, bu problem kifayət qədər sovet dövründə də mövcüd idi. Amma onu qabartmırdılar, susmağa üstünlük verilirdi. Lakin ailədə baş verən zorakılığın qabağını uğurla almaq üçün onun səbəblərini anlamaq gərəkdir.

Məişət zəmində törədilmiş cinayətləri şərh edən hüquq üzrə fəlsəfə doktoru, Ailə, Qadın, Uşaq problemlələri üzrə Dövlət Komitəsinin şöbə rəhbəri Elgün Səfərovun sözlərinə görə, 90-cı illərdə Azərdaycanda məişət zorakılığının əsas səbəbləri zəif sosial təminat və əhaliya təsir edən hərbi konflikt idi: "Azərbaycanda axır zamanlarda iqtisadiyyatın inkişafı əhalinin sosial durumunu dəyişib və eyni zamanda məişət zorakılıqlarının səbəbəblərini transformasiya edib. Bu gün yaranan əsas səbəblərdən biri ailə üzvlərinə zəncirvari keçən depressiv halın olmasıdır. Azərbaycandan yan keçməyən qloballaşma prosesi, yeni texnologiyaların bərəbər istifadə nəticəsində həyatımıza yeni psixoloji problemlər gətirdi".

E.Səfərovun fikrincə, məişət zorakılığının qarşısının alınmasının yolu Ailə Psixoloq İnstitutunun tətbiq edilməsidir: "Cinayətlə nəticələnən mübahisələrin qabağını almaq üçün Ailə Psixoloq İnstitutunun yaradılması nəzərdə tutulub. Bu da ailə daxilində olan ünsiyyətiləri daha yaxşı tənzimləməyə qulluq edəcək. Onun yaradılması "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası çərçivəsində "Azərbaycan ailə strategiyası" adı altında" olacaq.

Ekspertin sözlərinə görə, problemin həllində təbliğat və informasiya xarakterli kampaniyaların keçirilməsində internet imkanlarından geniş istifadə vacibdir.

Məsələ ilə bağlı fikirlərini anspress-lə bölüşən tanınmış psixoloq Azad İsazadə qeyd edib ki, ən inkişaf etmiş cəmiyyətlərdə belə təcavüzkarlığa meylli, məişət zorakarlığına yol verən insanlar mövcuddur.

"Təcavüzkarlıq patologiyası hər canlıya məxsus olan xüsusiyyətdir. Bəşəriyyətin keçdiyi inkişaf dövründə yaratdığı sosial institutlar onu müəyyən çərçivəyə salıb. Bəzi hallarda o, yığılıb çərçivədən çıxır və eybəcər şəkil alır. Bu deməkdir ki, cəmiyyət hansısa xəstəliyə düçar olub. Bunun səbəbləri cürbəcür ola bilər. Adətən bu sosial və maddi problemlərdən, ya da ictimai əlaqələrdən asılıdır".

Psixoloq məişət zorakılıqlarının səbəblərini, həmçinin ictimai qınağın aşağı səviyyədə olduğunda gördüyünü qeyd edir. O deyir ki, əsasən iri urbanlaşmış şəhərlərdə ictimai qınaq institutların zəifləməsi çoxillik durumun dağılmasına gətirərək cazalanmama hissiyatının artmasını gücləndirir. Bu da məişət zorakılığa təkan verir.

A.İsazadə sosial depressivliyin əhəmiyyətini də qeyd etdi: "Cəmiyyətdə təcavüz yığımı kimi - sosial depressiv yanaşmanın olduğunu bildirirlər. Və bu vəziyyətdən yaranan problemlərin öhdəsindən isə tək başına gəlmək insana çətinlik yaradır. Qohum və dostları çox nadir hallarda problemləri həll etmək üçün yığılırlar. İnsanlar vacib həyat problemləri ilə üz-üzə gələndə tək qalırlar. Canlı ünsiyətimizi internetdə, sosial şəbəkələrdən alaraq yaratmağa üstünlük verirlər. Nəticəsi isə biri-birimizi eşitmək qabilliyətizimin itirilməsinə səbəb olur. Canlı ünsiyyət zamanı isə insanlar ürəklərini boşaltmağa tələsir".

Yalnız hər hansı canlı ünsiyyət növləri insanda arxayınlıq yaradır və o, yeri gələndə tək qalmır.

Göstərilən problemin həllini A.İsazadə də Ailə Psixoloq İnstitutunun yaranmasında görür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.