Cəmiyyət

Azərbaycan alimlərinin I Qurultayı keçirilir

19 Dekabr 2014 12:24
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan alimlərinin I Qurultayı keçirilir
APA-nın xəbərinə görə, AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edirlər.
 
Tədbirdə öncə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.
 
AMEA prezidenti, akademik Akif Əlizadə "Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, milli birliyin, Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmənin əsasında da bir çox elmi faktorlar durur: "Xalqımızın tarixini, qədim ənənələrini, zəngin mədəni irsini qoruyub saxlamaq üçün, onları gələcək nəsillərə ərməğan kimi çatdırmağa qadir olmaq üçün humanitar elmlərin bütün spektrləri geniş vüsət almalıdır".
 
Təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da tədbirdə məruzə ilə çıxış edəcək.
 
Qurultayın sonunda Azərbaycan Alimlərinin I qurultayının Bəyannaməsi qəbul olunacaq və qurultay iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.