"Təəssüflər olsun ki, ölkəmizin qazandığı böyük nailiyyətlərdə elmimizin xüsusi çəkisi hələ də lazımi səviyyədə deyil. Azərbaycan Milli Elmlər Akademiyası da islahatlara başlayaraq hələ qarşımızda qoyulan hədəfləri qət edə bilməyib".
Trend xəbər verir ki, bunu AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayının açılışında çıxışı zamanı deyib.
AMEA-nın prezidenti qeyd edib ki, 2015-ci ildə Elmlər Akademiyası özünün 70 illiyini qeyd edəcək. Onun sözlərinə görə, lakin Azərbaycan elminin tarixi heç də bu 70 illə məhdudlaşmır, çox qədimdir: "Biz böyük fəxarət hissi ilə qeyd edə bilərik ki, bir çox sahələrdə Azərbaycan alimləri öz sözlərini deməyə həmişə qadir olublar.
A.Əlizadə qeyd edib ki, nə qədər keçmişlə fəxr olunsa da, etiraf edilməlidir ki, bütün postsovet məkanında elm dərin böhrandan, hələ ki, çıxa bilməyib: "Elmin müasir infrastrukturunun yaradılması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, elmi araşdırmaların yeni maliyyələşmə mexanizmləri, hələ də, müzakirələr səviyyəsindən konkret praktiki müstəviyə keçirilə bilməyib".
A.Əlizadə vurğulayıb ki, bu gün akademik elmin ən böyük problemi onun sürətlə qocalması və gənc yüksək ixtisaslı kadrların qıtlığıdır: "Bizə lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bütün bu adıçəkilən və çəkilməyən, amma hamımıza yaxşı məlum olan problemlərin həlli üçün biz gərək səylərimizi birləşdirərək ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Az danışın, qayğı və diqqət izharlarını artırın
- Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
- Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
- Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı - İstintaq yeniləndi - FOTO
- Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
- Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
XƏBƏR LENTİ
- Cem Yılmaz özünü belə təbrik etdi
- İrəvanda Türkiyə və Azərbaycan bayraqlarını yandırdılar - VİDEO
- Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA
- Panamada güclü zəlzələ oldu
- “Panathinaikos”da Fatih Terim qərarı
- Bakıda bu yollarda sıxlıq var - SİYAHI
- 57 yaşı olduğuna heç kim inanmır - İllərə meydan oxuyan kişi sirrini açdı
- Bakıda gənc oğlanı avtobus vurdu
- İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
- Tural və Anar Məmmədxanovun arxiv FOTOsu
- “Yuventus” finalda
- KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
- Argentina İranın nazirinin həbsini tələb edir
- Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb - FOTO
- "Sandık kokusu"nda yeni aktrisa - - FOTO
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
- Xalq artisti Tünzalə Ağayeva dəyişdi - VİDEO
- PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
- Məşhur festival bu məbləğdə cərimələnib
- 15 gündə qarın piyini əridən içki
- Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTOlar
- Ermənistanda polis zorakılığı artır - Freedom House
- Deputatın köməkçisi casus çıxdı: həbs olundu