Cəmiyyət

Azərbaycanlıların rus gəlinləri

18 Dekabr 2014 17:22
0 Şərh     Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Primorsk diyarında bu ilin 11 ayında nikaha daxil olan vətəndaşlarla bağlı statistika açıqlanıb. Modern.az saytı Rusiya mətbuatına isitnadən xəbər verir ki, Primorsk diyarının statistika komitəsinin açıqladığı məlumata görə, 2014-cü ilin 11 ayı ərzində 65 yerli sakin Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub.

Bu göstərici ilə azərbaycanlılar yerli sakinlərin nikaha daxil olduğu 4-cü ən böyük xarici ölkə vətəndaşlarıdır.

Diyarda Rusiya vətəndaşlarının ən çox nikaha girdikləri əcnəbilər Özbəkistan vətəndaşlarıdır (86). İkinci yerdə Tacikistan (79), üçüncü yerdə isə Ermənistan (70) vətəndaşlarıdır.

Ümumlikdə, Primosrk diyarında 2014-cü ilin geridə qalan 11 ayında 16 min 929 yeni ailə qurulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.