Cəmiyyət

Bakıda yol "buynuz" çıxarıb - FOTO

19 Dekabr 2014 08:30
0 Şərh     Baxış: 6 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının ən hərəkətli yollarından birində tikinti zamanı buraxılan səhv illərdir aradan qaldırılmır. Həmin səhv yolda həm sürücülərin işinə mane olur, həm də eybəcərlik yaradır.

Oxucular Milli.Az-a yazırlar ki, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində inşa olunmuş körpüdə tikinti zamanı səhvə yol verilib və həmin nöqsan indi də qalır:

"Bu "buynuz"u hər kimsə götürdə bilsə, böyük savab sahibi olacaq. Gördüyünüz kimi, bu yol qovşağının enişində düz və sola getmək nəzərdə tutulub. Bu "buynuz" isə düz hərəkət etməyi çətinləşdirməklə yanaşı, potensial qəza mənbəyidir".

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-a bildirdi ki, məsələ ilə bağlı Yol hərəkətinin təşkili şöbəsini məlumatlandırıb. Həmin şöbənin əməkdaşları əraziyə baş çəkərək baxış keçirəcəklər. Nöqsan aşkarlanarsa, aradan qaldırılacaq.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.