Azərbaycanda torpaq sürüşmələrinin baş verməsi hər il dövlətə ən azı 20-30 milyon manat ziyan vurur. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev apardıqları araşdırmaların nəticəsinə əsasən deyib.
Onun sözlərinə görə, hər bir rayon icra hakimiyyəti həmin rayona ayrılan vəsaitin ən azı 2-3 faizini təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına sərf edir.
İnstitut rəsmisi qeyd edib ki, araşdırmaların nəticələrinə görə, bu gün Azərbaycanda sürüşmələr sənaye müəssisələrinə cüzi təsir edib. Ölkədə baş verən torpaq sürüşmələri daha çox kənd təsərrüfatına və əhalinin məskunlaşmasına mənfi təsir göstərib: "Bunun da günahı çox zaman insanların özlərində olur. Çünki insanlar bəzən yaşamaq üçün çay kənarlarını seçirlər".
N.Paşayev bildirib ki, bu gün kənd təsərrüfatında torpaq sürüşmələrinin ziyan vurduğu əsas sahələr örüş və otlaqlardır. Bununla yanaşı, sürüşmələr bu gün avtomobil yollarına da çox böyük ziyan vurur.
İnstitut rəsmisi deyib ki, ölkədə sürüşmələrin baş verdiyi əksər ərazilər yolların kənarıdır: "Məsələn, Muğanlı-İsmayıllı, Quba-Qəçrəş, Hacıkənd, Lənkəran-Lerik, Masallı-Yardımlı yollarında sürüşmələr olur. Səbəb isə odur ki, bu yolların çəkilməsi zamanı kəsim düzgün aparılmayıb, əvvəlcədən yol-bərkitmə işləri həyata keçirilməyib. Əgər bir ağacın kökü 1-1,5 metrdirsə, yolun kəsimi isə 3 metrdirsə, onda həmin ağac oradakı sürüşmənin qarşısını ala bilmir, oradakı dayanıqlıq pozulur. Buna görə də yollar çəkilərkən bu amillər nəzərə alınmalıdır".
N.Paşayevin sözlərinə görə, sürüşmələrin fəallaşmasına bir çox amillər - yağıntının normadan artıq düşməsi, ərazinin seysmikliyi, süxurların gilli olması, o cümlədən antropogen amillər təsir edir.
Milli.Az
Cəmiyyət
Hər il Azərbaycana 20-30 milyon ziyan vuran bəla: günah adamlardadır
18 Dekabr 2014 17:05
0 Şərh
Baxış: 776
DİGƏR XƏBƏRLƏR
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR - YENİLƏNİB
- 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
- Günün qoroskopu: Yaxın ətrafınızdakı insanları axşam saatlarında sevindirin
- Taksi qiymətlərində artımın səbəbi nədir? - VİDEO
- Polad Həşimovun xatirəsinə HÖRMƏTSİZLİK - FOTO
XƏBƏR LENTİ
- Yanvar-mart aylarında İngiltərə vətəndaşları Türkiyədə bu qədər daşınmaz əmlak alıb
- Sərhəddə işlər başladı
- Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO
- "Bu fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq" - VİDEO - FOTO
- "Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna
- Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər
- "Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan
- Deputat Əli Kərimlini "TikTok"er adlandırdı
- Rafael İskəndərovdan ad günü VİDEOsu gündəm oldu - oğlu ilə...
- Əvəz Zeynallı ilə bağlı qərar verildi
- Culfada ağır yol qəzası - ölənlər var - FOTO
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- Sosial ödənişlər bu tarixdə yekunlaşacaq
- Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
- Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı
- Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
- 1 il ötdü - Ermənistanın uğursuz "blokada" şousu, Azərbaycanın qətiyyətli addımı
- 29 yaşlı “Tik-Tok” fenomeni öldü - FOTOlar
- Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi
- Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə
- Qazaxın 8 kəndinin işğalında iştirak edən ermənilər - Siyahı - FOTO
- "Çox sevirəm, onunla nəfəs alıram”
- Bakı və Moskvanı müttəfiqə çevirən səbəb... - Markov
- 14 illik xanımından boşandı