Cəmiyyət

"Halal"ın içindən donuz çıxdı - FOTO

18 Dekabr 2014 09:47
4 Şərh     Baxış: 11 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda "Halal" sözündən istifadə edərək markalanmış "Kristal CF" əmtəə nişanlı "Baranina" kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş "Orxan-SS" firmasının istehsal etdiyi "Kristal CF" əmtəə nişanlı "Baranina" kolbasasının laboratoriyada sınaqları aparılıb.
 
Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində "halal" sözü yazılmış "Kristal CF" əmtəə nişanlı yarımhisə verilmiş "Baranina" kolbasasının tərkibində AZS 731-2012 "Halal qida" standartına zidd olaraq donuz əti və piyi aşkar edilib. Hazırda faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməkdədir.
 
İstehlakçılar arasında "halal" nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri aparılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
 
Dövlət Komitəsi istehlakçıları onlarda şübhə yaradan, müvafiq sənədləri olmayan məhsulları almamağa, bu cür hallarla qarşılaşdıqda Komitəyə müraciət etməyə çağırır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.