Cəmiyyət

Sinoptiklərdən müjdə

17 Dekabr 2014 13:07
16 Şərh     Baxış: 7 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda yağmursuz, mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 18-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq rayonlarında isə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.