Cəmiyyət

Nazirlik oxutdurmaq istəyir

16 Dekabr 2014 13:49
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə "Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi" layihəsinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar, Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.

Məktəbin direktoru Yuliya Kərimova çıxışında layihə barədə məlumat verib və bildirib ki, bu, təhsilalanlarda mütaliə mədəniyyətinin və oxumağa marağın artırılmasına əhəmiyyətli təsir edəcək.

Sonra müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri mütaliə etdikləri kitabları müzakirə ediblər.

Təhsil naziri Mikayıl Cabbarov layihənin ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə həvəsini artıracağını və onların bədii-estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini qeyd edib.

Nazirin fikrincə, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına təsir göstərəcək: "Düzgün təşkil edilən və planlaşdırılan mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissi bəxş edir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev layihənin əhəmiyyətini yüksək dəyərləndirib. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB sədri bu prosesə dəstək verəcəklərini bildirib.

Qeyd edək ki, layihənin məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsi ilə şagirdlərdə oxumağa marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir. Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.