Cəmiyyət

Bakıda yağış yağacaq

15 Dekabr 2014 00:05
23 Şərh     Baxış: 4 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, saniyədə 9-14 metr sürətlə şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95% olacaq.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman gözlənilir. Saniyədə 5-10 m/s sürətlə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 m/s sürətlə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.