Cəmiyyət

Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlıdır

12 Dekabr 2014 17:10
5 Şərh     Baxış: 6 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın 50 namizədi arasında Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin də adı var.

Trend-in Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzetinə istinadən verdiyi məlumata görə, mükafat fondu 1 milyon ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib.

Final mərhələsinə isə M.Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edib. Bu müsabiqədə Azərbaycanı təmsil edən M.Qarakişiyev postsovet məkanı ölkələrindən yeganə namizəd olub.

Müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1 milyon ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.