Cəmiyyət

Azərbaycanda hava şəraiti dəyişəcək, qar yağacaq

12 Dekabr 2014 13:24
17 Şərh     Baxış: 13 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 14-dən 16-dək ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, bu müddətdə respublikanın rayonlarında arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

U.Tağıyeva deyib ki, bu müddətdə hava yağıntılı keçsə də, proses çox kəskin olmayacaq. Həmin müddətdə havanın temperaturu ötən günlərlə müqayisədə yalnız 2-3 dərəcə enəcək. Dekabrın 13-dən 14-ə keçən gecə şimal küləyinin sürəti bir qədər artacaq. Lakin küləyin sürəti yenə də şiddətli həddə çatmayacaq.

Bakıda və Abşeron yarımadasında da dekabrın 14-15-də arabir yağış yağacağı gözlənilir. Qeyd edilən müddətdə Bakıda gündüz havanın temperaturu 6-8 dərəcə isti təşkil edəcək. Aran rayonlarında isə havanın temperaturu gündüz 8-13 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.