Cəmiyyət

Bu günün hava proqnozu

9 Dekabr 2014 00:05
2 Şərh     Baxış: 2 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ölkə ərazisində dumanlı hava şəraiti gözlənilir

Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi 8-13 m/s, arabir 15 m/s olacaq. Temperaturun gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti , gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında
hava, əsasən, yağmursuz keçəcək. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz hava, əsasən, yağmursuz keçəcək. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraitinin dumanlı, az yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 8-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.