Cəmiyyət

Açıqlandı: buludlu və küləkli

7 Dekabr 2014 17:08
12 Şərh     Baxış: 7 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava buludlu keçəcək, arabir tutulacaq, gün ərzində, əsasən, yağmursuz olacaq. Cənub küləyi 9-14 m/s, səhər və səhər arabir 23-25 m/s olacaq, axşama doğru 9-14 m/s-dək mülayimləşəcək.


Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyinin 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var.

Cənub rayonlarında isə dağlıq ərazilərdə sulu qar, qar yağacağı praqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.