Cəmiyyət

Bu gün yağacaq

7 Dekabr 2014 00:05
32 Şərh     Baxış: 7 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ölkə ərazisində hava şəraiti yağıntılı olacaq

Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, səhər və gündüz 18-23 m/s olacaq, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-4°, gündüz 6-9°, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin 5-10 m/s sürətlə əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 10° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin sürətinin 5-10 m/s, arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 5-10° şaxta, bəzi yerlərdə 15° şaxta, gündüz 2-6° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin sürətinin 5-10 m/s, arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Qərb küləyinin 5-10 m/s sürətlə əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı gözlənilir. Qərb küləyinin sürətinin 5-10 m/s, arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyinin 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcəyi, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 3-5°, gündüz 5-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.