Cəmiyyət

Bakıda məktəbə yaraşmayan videoya direktorun cavabı: "O qadının kimliyini sizə niyə deməliyəm ki?" - VİDEO

8 Dekabr 2014 08:30
4 Şərh     Baxış: 24 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl işdən çıxarılan direktoru ilə gündəmə gələn orta məktəbdə növbəti olayı valideyn yaradıb. Sosial şəbəkələrdə Bakının Nəsimi rayonu ərazisindəki Tahir Həsənov adına 23 saylı orta məktəblə bağlı təhsil müəssisəsinə yaraşmayan görüntülər yayımlanıb.

Bir dəqiqəlik videoda məktəbin mühafizəsində dayanan polislə valideyn olduğu iddia edilən xanımın münaqişəsi yer alıb. Videoda baş verənlərə şərh vermədən onu oxucuların mühakiməsinə buraxır və hadisə ilə bağlı məktəbin direktoru Yuliya Kərimovanın sərt və suallarla dolu açıqlamasını təqdim edirik.

Direktor Milli.Az-ın məktəbə valideyn buraxılıb-buraxılmaması ilə bağlı sualına cavabında bildirdi ki, məktəbi valideyndən qorumağa ehtiyac yoxdur və onlar məktəbdə gedən təlim prosesinin bir hissəsidirlər.

Onun sözlərinə görə, rəhbərlik etdiyi məktəb valideynlərini küçədə gözlətməyən yeganə təhsil müəssisəsidir: "Bizim valideynlər uşaqlarını məktəbə gətirəndə içəri keçirlər. Dərs qurtaranda isə gəlib uşaqlarını məktəbin foyesində gözləyirlər. Hava soyuqdur deyə onları bayırda saxlatmaq istəmirik. Uşaqlarını içəridə gözləyirlər".

Y.Kərimovaya rəhbərlik etdiyi məktəblə bağlı xoşagəlməz video yayıldığını deyəndə cavab əvəzinə bizi sual atəşinə tutdu: "Həmin videoda haradan bildiniz ki, məktəbə buraxılmayan valideyndir? Sosial şəbəkələrdə çox şey yayıla bilər, bu, demək, düzdür? Videodakı görüntüyə "bespredel" deyirsiniz? Heç o videoda polis kobud söz işlədib? Sosial şəbəkədə yayılan məlumat və videolara inanmıram. Belə şeylərə tənqidi yanaşıram, jurnalist də tənqidi yanaşmalıdır. Bəlkə, həmin video bizim məktəbə aid deyil. Bütün prosesləri nəzarətdə saxlayıram, tədbir görüləsi vaxt tədbir görürəm. Heç kimə qarşı bu məktəbdə kobudluq ola bilməz".

Direktor daha sonra video barədə danışdı: "Mən bu videoya baxmışam. Qadının çəkiliş aparmağa hüququ yoxdur. Siz haradan bilirsiniz ki, valideyndir, bəlkə, provokatordur? Polis həmin videoda nəzakətlə hansısa xanıma müraciət edir. Axırda isə xanım qışqırır. Görünmür axı, kim qadına təzyiq göstərir. Bu məsələni araşdırdım. Amma sizə niyə məlumat verməliyəm? Dövlət məktəbinin nümayəndəsiyəm. Təhsil Nazirliyindən icazə verilsə, sizinlə danışmalıyam. Burada qadın nəyə görəsə qışqırır, polis də etik qaydada deyir ki, 2 dəqiqə gözləyin. Biz bu məsələni bilirik, məktəbdaxili məsələdir. Həll etmişik, amma bu barədə açıqlama vermək istəmirəm. Həmin xanımın valideyn olub-olmaması ilə bağlı sualınıza cavab vermirəm. Videoçarxı yayan şəxs isə başqa məqsəd güdür. O qadının kim olmasını sizə niyə deməliyəm ki? Bu, məktəbdaxili məsələdir. Məktəbdə olan məsələni araşdırdım və həll etdim".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda deyilir: "Qeyd olunan məsələ ilə bağlı 23 nömrəli tam orta məktəbin rəhbərliyi ilə əlaqə saxlanılıb, məsələ araşdırılıb və həllini tapıb. Bu məsələdə xüsusi motiv axtarmağa lüzum yoxdur".

Qeyd edək ki, bir müddət əvvəl məktəbin keçmiş direktoru İradə Rəhimlininişdən çıxarılması böyük səs-küy yaratmışdı. Məktəbin müəllim heyəti onun işdən azad edilməsinə etiraz etmişdi.

Anar Məmmədov
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.