Cəmiyyət

Mikayıl Cabbarovun təyin etdiyi yeni müavin kimdir? - FOTO

6 Dekabr 2014 09:22
Baxış: 2 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəbər verdiyimiz kimi dekabrın 5-də təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi məqsədilə müvafiq əmrlər imzalayıb.

Nazirin əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının əməkdar müəllimi olan Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində doğulub.

1990-cı ildə Bakı Slavyan Universitetini bitirib. İlk pedaqoji fəaliyyətinə Bakı şəhərindəki 190№-li məktəbdə başlayıb.

2003-2008-ci illərdə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya mərkəzində işləyib.
28 aprel 2008-ci il tarixindən bu günədək Zərifə Əliyeva adına liseyə rəhbərlik edirdi. Ailəlidir. İki övladı, 1 nəvəsi var.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.