Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s olacaq, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcək, axşam 9-14 m/s-dək mülayimləşəcək. Temperaturun gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 6-7-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında axşam bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 10°-dək şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam yağıntılı olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 5-10° şaxta, bəzi yerlərdə 15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Milli.Az
Cəmiyyət
Bu gün Bakıda tozanaq qopacaq
6 Dekabr 2014 00:05
28 Şərh
Baxış: 6 098
DİGƏR XƏBƏRLƏR
- Yunus Oğuzun "Cığır"ı Qəbələdə - FOTO
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR - YENİLƏNİB
- 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
- Günün qoroskopu: Yaxın ətrafınızdakı insanları axşam saatlarında sevindirin
- Taksi qiymətlərində artımın səbəbi nədir? - VİDEO
XƏBƏR LENTİ
- Şəbnəm vəfat edən prodüserinin məzarı başında GÖZ YAŞI TÖKDÜ - VİDEO
- "Bu, mənim karyeramın ən önəmli matçıdır"
- Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?
- Aprelin 23-nün ən xoşbəxt bürcü: Uğur qazanmaq üçün hər şansınız var
- İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə töhfə vermək fürsəti kimi də baxırıq
- Yunus Oğuzun "Cığır"ı Qəbələdə - FOTO
- Qulaq cingildəməsinin elmi izahı
- “Onlarla futbol oynayanda hiss edirsən ki, qarşında rəqib var” - VİDEO
- Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ
- Alkoqol və narkotikdən uzaq 16 il - FOTO
- İlham Əliyev: Hər iki tərəfə vaxt lazımdır
- Ceyhun Bayramov Çexiya Baş naziri ilə görüşüb
- Prezident: Biz bundan məhrum olmuşduq
- Putinin andiçməsi bu tarixdə olacaq
- Mən öz puluma süni ada yaradıramsa... - Deputat
- “Elməddin Azərbaycanın “Şabanı”dır”
- Prezident: Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi
- İlham Əliyev: COP29-un uğurla keçməsini istəyirik
- Novak Cokoviç Lionel Messini qabaqlayıb - FOTO
- Mer çıxışı zamanı rüsvay oldu - VİDEO
- Aysun qızına bu adı verəcək – VİDEO
- Prezident: Ermənistan istisna olmaqda, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var
- İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür
- DTX nümayəndələrinin maaşı ilə bağlı QƏRAR