Cəmiyyət

"Hər hansı bir vəzifəli şəxsin mənəvi-əxlaqi dəyəri istənilən səviyyədə deyilsə..."

5 Dekabr 2014 13:12
Baxış: 1 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təhsildə mənəvi, psixoloji dəyərlərə diqqət yetirilməsi vacib məsələdir.

Trend-in məlumatına görə, bunu "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, cəmiyyətin mənəvi tərbiyəsi ailədən başlayır, məktəbdə davam edir və cəmiyyətdə öz təzahürünü tapır: "Bu gün cəmiyyətdə baş verən bütün münaqişələrin, problemlərin mənbəyi yeni insanın formalaşmasından qaynaqlanır. Bu gün hər hansı bir vəzifəli şəxsin mənəvi-əxlaqi dəyəri istənilən səviyyədə deyilsə, uğur qazana bilmərik. Buna görə də təhsildə mənəvi, psixoloji dəyərlərə diqqət yetirilməsi vacib məsələdir".

S.Qəhrəmanova deyib ki, bu gün cəmiyyətdə psixoloji gərginliyin hökm sürməsi də nəzərə alınmalıdır: "Bu gün gender bərabərliyindən, cəmiyyəti idarə edən kişi-qadın münasibətlərindən, onların hüquqlarından danışırıqsa, təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşma çox önəmlidir. Bu mövzu tək Azərbaycanı deyil, bütün dünyanı düşündürən məsələdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.