Cəmiyyət

Təhsil Nazirliyində yenilik

4 Dekabr 2014 13:29
0 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaxın günlərdə Təhsil Nazirliyində Elmi Koordinasiya Şurası yaradılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün elektron hökumət quruculuğuna həsr olunan respublika seminarında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Şura bir çox məsələlərlə məşğul olacaq, ilk növbədə ali təhsil müəssisələrində həyata keçirilən elmi fəaliyyətlərin əlaqələndirilməsini, elmi işlərin dünya elmi məkanına inteqrasiyasını təmin edəcək.

M.Cabbarov qeyd edıb ki, bu gün Azərbaycanda 1765 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə və internetə qoşulub. Yaxın günlərdə Təhsil Nazirliyində elektron dərslik portalının da təqdimatı keçiriləcək. Bu portalda 6-7 siniflər üzrə 20 dərslik yerləşdirilib. Bu ilin sonuna kimi daha 5 dərsliyin portala daxil edilməsi planlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.