Cəmiyyət

Azərbaycanda uşaqlara qadağa gələcək?

4 Dekabr 2014 13:25
0 Şərh     Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə uşaqların daha erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsindən narahatlığını bildirib.

Trend-in məlumatına görə, M.Cabbarov bu gün elektron hökumət quruculuğuna həsr olunan respublika seminarında çıxışı zamanı deyib ki, bir çox ölkələrdə, hətta təhsil sistemi inkişaf etmiş ölkələrdə belə, sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti tətbiqi edilir. Uşaqlar adətən, 12 yaşdan sonra sosial şəbəkələrə qoşula bilirlər.

Nazirin sözlərinə görə, Azərbaycanda gənc nəsillərin sosial şəbəkələrdən istifadə etməsinin müsbət tərəfləri olsa da, bəzilərinin daha erkən yaşlarda - uşaq psixologiyası formalaşmadan sosial şəbəkələrə qoşulması narahatedici haldır.

M.Cabbarov bu məsələ ilə bağlı cəmiyyət və ailələrin üzərinə də müəyyən işlərin düşdüyünü nəzərə çatdırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.